"Nar" abunəçilərinin NƏZƏRİNƏ

img

03-07-2018 [16:45]


Elektrik enerjisinin təminatında yaranmış fasilələrlə əlaqədar olaraq, "Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçib.

Mia.az xəbər verir ki, mobil operator abunəçilərin kəsintisiz və yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin edilməsi üçün zəruri tədbirlər görür.

Qeyd edək ki, gecə saatlarında elektrik enerjisinin kəsintisinə baxmayaraq, Nar şəbəkəsinin əksər hissəsi abunəçilərə xidmət göstərib. Hazırda paytaxtda xidmətlərin göstərilməsi baxımından vəziyyət qənaətbəxşdir, müəyyən bölgələrdə yaranmış çətinliklərin aradan qaldırılması işləri davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR