FHN Mingəçevirdəki enerji qəzası ilə bağlı məlumat yaydı - "11 texnika və 50 nəfərdən çox..."

img

03-07-2018 [16:36]


Fövqəladə Hallar Nazirliyi (FHN) Mingəçevirdəki "Azərbaycan” İES-dəki qəza ilə bağlı məlumat yayıb.

Nazirlikdən Mia.az-a verilən məlumatda bildirilir: "3 iyulda saat 00:20-də Mingəçevir şəhərində yerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin açıq paylayıcı qurğular stansiyasının transformatorunda və 6-cı enerji blokunda yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Yanğın hadisəsi baş verəndən 4 dəqiqə sonra Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri yanğının söndürülməsi işlərinə başlayıb. Obyektin əhəmiyyəti nəzərə alınaraq yanğının söndürülməsi üçün "3 saylı çağırış" elan olunub, 11 yanğınsöndürmə texnikası və 50 nəfərdən çox şəxsi heyət cəlb edilib".

Məlumatda qeyd edilir ki, açıq paylayıcı qurğular stansiyasında transformatorda baş verən yanğın saat 00:52-də, 6-cı enerji blokunun qazanxana qurğusundakı yanğın isə saat 01:10-da yanğın bölmələri tərəfindən söndürülüb:

"Stansiyanın turbinləri və digər qurğular yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb".



Digər xəbərlər
SON XƏBƏRLƏR