ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide “Paşinyan “dalay-dalay” edir...” - Bayram Səfərov - mia.az
Şriftin ölçüsü / 584 dəfə oxunub

“Paşinyan “dalay-dalay” edir...” - Bayram Səfərov

03 Iyul 2018 [16:18]

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Daxili Qoşunlarını işğal altında saxlanılan Dağlıq Qarabağ torplaqlarına yeridib.

Ermənistanın "Qrapark” qəzetinin yazdığına görə, Daxili Qoşunlar işğalçı qüvvələrə dəstək məqsədilə bölgəyə göndərilib. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov Ermənistanın baş naziri Nikol Paşinyanın bu cür addımına sərt reaksiya verib.

Bayram Səfərov Modern.az-a açıqlamasında deyib ki, Paşinyan daxildə xalqına verdiyi vədləri yerinə yetirə bilmədiyindən, müxtəlif yollara əl atmaqla məşğuldur:

"Ermənistanın dinc və kasıb əhalisi aclıqdan əziyyət çəkir. Həmin bu ac əhali də Paşinyandan iş yeri və çörək istəyir. Ermənistan hakimiyyəti də bunu edə bilmir. Belə vəziyyətdə Paşinyan nə etməlidir ki?! Əlbəttə, polis dəstəsini Dağlıq Qarabağa yeritməlidir. Onların ac polisi varsa, bizim nizamlı ordumuz var. Ona görə də Paşinyan bu cür provakasiyaya əl atır”.

Bayram Səfərov baş nazir Paşinyanın Azərbaycanı hədələyən açıqlamalar verməsinə də münasibət bildirib.

"Paşinyan bizim nəyimizi hədələyəcək ki?! Onun nəyi var ki! Aşığın sözü qurtaranda "dalay-dalay” deyir. İndi Paşinyan da özü üçün "dalay-dalay” edir. "Dalay-dalay” da qurtarandan sonra hücum etməyə başlayacaq. Çox yaxşı. Etsinlər. Ordumuz onların qarşısında dayanıb. Paşinyanın cavabını verəcəyik. Lazım gəlsə, bir az da irəli gedəcəyik”.





ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR