ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Qızıl Məryəmin qatilləri yenidən hakim qarşısında – Vaxt açıqlandı - mia.az
Şriftin ölçüsü / 429 dəfə oxunub

Qızıl Məryəmin qatilləri yenidən hakim qarşısında – Vaxt açıqlandı

03 Iyul 2018 [13:14]

Bakıda "Qızıl Məryəm” ləqəbi ilə tanınan iş adamı Məryəm Nemətzadənin qətlində təqsirli bilinən bacısı oğlu Nicat Eyvazov və onun dostu Ceyhun Əsgərovun barəsində olan hökmdən kasasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

Ali Məhkəmədən  verilən məlumata görə, Nicat Eyvazov və Ceyhun Əsgərovun şikayətinə iyulun 11-də baxılacaq. Prosesə hakimi Hafiz Nəsibov sədrlik edəcək.

Bu cinayətin əsas iştirakçısı, Məryəm Nemətzadənin qızı Günel Hüseynova kasasiya şikayəti verməyib. O, hazırda 4 saylı cəza çəkmə müəssisədə cəza çəkir.

Qeyd edək ki, Nicat Eyvazovun vəkili müvəkkilinin barəsində bəraət hökmü, digər təqsirləndirilən şəxslərin müdafiəçiləri isə cəzaların yüngülləşdiriləməsini istəyiblər.

Bakı Apelyasiya Məhkəməsində təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib. Bu qərardan narazı qalan vəkillər kasasiya şikayəti veriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Günel Hüseynova 18, Ceyhun Əsgərov 19 və Nicat Eyvazov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2015-ci il yanvarın 5-də saat 09.00 radələrində 1965-ci il təvəllüdlü Məryəm Nemətzadənin yaşadığı mənzildə üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyiti aşkar edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti mərhumun qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova, bacısı oğlu, 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərovun törətdiyinə əsaslı şübhələr meydana çıxıb və onlar tutularaq istintaqa cəlb olunublar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham edilirlər.

Qətlə yetirilən qadın "Qızıl Məryəm” ləqəbli iş adamı kimi tanınıb. Onun "Moskva” univermağında, eləcə də paytaxtın ayrı-ayrı ünvanlarında isə bir sıra məşhur qızıl mağazaları olub/teleqraf.com




ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR