Rabitə müəssisələri gücləndirilmiş iş rejiminə keçib

img

03-07-2018 [13:12]


Ölkənin bütün ərazisində telekommunikasiya təchizatının dayanıqlığı təmin olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Mia.az-a daxil olan məlumata görə, iyulun 2-dən 3-nə keçən gecədən etibarən rabitə müəssisələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Əlavə enerji qurğularının işə salınması nəticəsində ölkə ərazisində sabit və mobil telefon rabitəsi, internet, poçt, televiziya və radio yayımının fasiləsizliyi tam təmin edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR