ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer Dövlət sərhədini qanunsuz keçmək istəyən 7 nəfər saxlanıldı - mia.az
Şriftin ölçüsü / 132 dəfə oxunub

Dövlət sərhədini qanunsuz keçmək istəyən 7 nəfər saxlanıldı

03 Iyul 2018 [12:46]

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları iyun ayının ikinci yarısında 4 şəxsin saxta sənədlərlə, 3 nəfərin özgəsinə məxsus sənədlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək cəhdinin qarşısını alıblar.

DSX-dan Mia.az-a verilən məlumata görə, iyunun 15-də Bakı–Riqa–Stokholm reysi ilə tranzit uçan İraq vətəndaşı, 1987-ci il təvəllüdlü Omar Ahmed Hasaballahın İsveçin daimi yaşayış kartının özgəsinə məxsus olması müəyyən edilib.

İyunun 19-da Dubay-Bakı reysi ilə gələn Rusiya vətəndaşı, 1992-ci il təvəllüdlü İnalov Umar Alxamidoviçin sərhəd nəzarətinə təqdim etdiyi Rusiya pasportunun məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə saxtalaşdırıldığı bəlli olub. Saxlanılmış şəxsin üzərindən Ukrayna pasportu da aşkarlanıb. Araşdırma zamanı U.İnalovun 2016-cı ildən Rusiyada federal axtarışda olduğu üzə çıxıb.

İyunun 20-də Sankt–Peterburq–Gəncə reysi ilə ölkəyə gələn Azərbaycan vətəndaşı, Gəncə şəhər sakini 1962-ci il təvəllüdlü Həsənov Fizuli Vəli oğlunun pasport nəzarətinə təqdim etdiyi pasportun qardaşı Həsənov Nizami Vəli oğluna məxsus olduğu aşkarlanıb.

İyunun 25-də Dubay-Bakı-Milan reysi ilə tranzit uçan Şri-Lanka vətəndaşı, 1996-cı il təvəllüdlü Vijayaseelan Tanjeevanın İtaliya yaşayış kartının saxtalaşdırıldığı aşkar olunub. İyunun 26-da Bakı–Moskva–Vyana reysi ilə tranzit uçan İraq vətəndaşı, 1980-ci il təvəllüdlü Jaafar Ammar Musa Jaafarın Avstriya yaşayış kartının saxta olması aşkarlanıb. Həmin gün Bağdad–Bakı reysi ilə gələn İraq vətəndaşı, 1999-cu il təvəllüdlü Al Saeed Muhammad Jawad Camalın pasportundakı İran vizasında fotoşəkilin özgəsinə məxsus olduğu müəyyənləşdirilib. İyunun 30-da İstanbul-Bakı reysi ilə gələn Bolqarıstan vətəndaşı, 1973-cü il təvəllüdlü Dmitrov Valentin Konstantinovun isə pasportunun məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə saxtalaşdırıldığı müəyyən edilib.

Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.




ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer
SON XƏBƏRLƏR