Bakı – Sumqayıt qatarları da işləmir

img

03-07-2018 [09:11]


Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən, bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarların hərəkətində gecikmələr qeydə alınır.

Mia.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib. QSC sərnişinlərin nəzərinə çatdırır ki, ölkə ərazisində elektrik enerjisinin verilməsində yaranan problemlə bağlı bu gün iyulun (3-də) günün birinci yarısında Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları hərəkətdə olmayacaq.

Yaranmış müvəqqəti narahatçılığa görə qurum sərnişinlərdən üzr istəyir.



Digər xəbərlər
SON XƏBƏRLƏR