Azərbaycanda işıqlar söndü - Mingəçevir SES-də yanğın (Yenilənib)

img

03-07-2018 [00:57]


Ölkə ərazisində işıq verilişi dayanıb. 

Saat 00:20 radələrindən etibarən işıqlar sönüb. "Azərişıq"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev qafqazinfo-ya açıqlamasında bildirib ki, problem ciddidir: "Hazırda işə gedirəm. Ətraflı məlumat veriləcək". 

*** 

Mingəçevir Su Elektrik Stansiyasında generatorlardan birində problem yarandığı bildirilir. Hazırda hüquq-mühafizə orqanların və əlaqədar qurumların rəhbər şəxsləri iş başına qayıdıb. Faktla əlaqədar təxirəsalınmaz tədbirlər aparılır.

***

Mingəçevir İcra Hakimiyyətinin rəsmisi musavat.com-a bu barədə açıqlama verib. O bildirib ki, Mingəçevir Su Elektrik Stansiyasının (SES) bloklarının birində qəza baş verib: "Mingəçevir SES-in bloklarının birində qəza baş verib. Ona görə də ölkəyə elektrik enerjisinin verilməsində problem yaranıb. Qəzanın nəticəsi aradan qaldırılacaq. Hazırda çalışmalar davam edir”.

* * 

Mingəçevirdə İES-də yanğın söndürülüb.

 

APA-nın məlumatına görə, partlayış 6-cı blokda baş verib. Həmin blok enerji istehsalı ilə məşğul olur və paylayıcı stansiyalara enerji ötürür. Yanğın məhz bu blokda baş verib. Yanğın söndürülüb.

 

Hadisənin ilkin səbəbi kimi həddindən artıq yüklənmə göstərilir.

 

Hadisə yerinə FHN-nin qüvvələri cəlb olunub və artıq 6-cı blokda və  yarımstansiyada baş verən yanğın söndürülüb.

 

***

 

01:11

 

Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 1-ci və 6-cı enerji blokunda partlayış baş verib hal hazırda yanğın davam edir.

 

APA-nın məlumatına görə, FHN-nin Mingəçevir və ətraf rayonlardan olan yanğından mühafizə hissələri hadisə yerinə cəlb olunub.

 

Hadisənin səbəbi hələlik məlum deyil. Hazırda ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb.  


Digər xəbərlər
SON XƏBƏRLƏR