Yaponlar 5 dəqiqəyə iki qol vurdu, belçikalılar isə 4 dəqiqəyə əvəzini çıxdı və son saniyə qolu ilə turu keçdi

img

02-07-2018 [23:53]


Bu gün Dünya Çempionatının 1/8 final mərhələsinin növbəti oyunda Belçika yığması ilə Yaponiya milliləri qarşılaşıb.

Mia.az bildirir ki, Seneqallı hakimin idarə etdyi oyunun 48-ci dəqiqəsində Haraquçi Yaponiyanın ilk qoluna imza atıb - 1-0.

Belçikalılar bu qolun şokundan çıxmamış isə yaponlar ikinci qolu da vurublar. Belə ki, İnui 53-cü dəqiqədə 22 metrlik məsafədən gözəl zərbə ilə komandasını önə çıxarıb - 2:0.

Bu qoldan sonra Belçika millisi təzyiqi artırıb.

Nəhayət, iki oyunçu dəyişikliyindən sonra Belçika matçın 69-cu dəqiqəsində Verongenin qolu ilə fərqi azaldıb - 2-1.

Bu qoldan 4 dəqiqə sonra isə meydana sonradan daxil olan Fellaini hesaba tarazlıq gətirib - 2-2.

Hakim əsas vaxta 4 dəqiqə əlavə edib. Və 90+4-cü dəqiqədə Belçika 3-cü qolu vuraraq, yaponların 1/4 final xəyalını yıxıb - 2-3

Qeyd edək ki, Belçika növbəti turda Brazilya millisi ilə qarşılaşacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR