Brazilya- Meksika qarşılaşması: Neymar və Firminyo qol atdı - "Sambaçıların rəqibi hansı ölkə olacaq?

img

02-07-2018 [19:51]


Bu gün Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının 1/8 final mərhələsinin növbəti qarşılaşması Brazilya ilə Meksika arasında baş tutub.

Mia.az xəbər verir ki, saat 18:00-da "Samara Arena”da başlayan oyunda Braziliyalı ulduz Neymar 51-ci dəqiqədə hesabı açıb - 1-0.

88-ci dəqiqədə Firmino hesabı 2-0-a çatdırıb.

Hakim oyuna 5 dəqiqə əlavə vaxt təyin edib. Lakin bu vaxtda da hesab dəyişməyib - 2-0.

Beləliklə, 5 qat dünya çempionu olan "Sambaçı"lar 1/4 finala vəsiqəni təmin ediblər.

Qeyd edək ki, bu gün saat 22.00-da Belçika ilə Yaponiya yığmaları qarşılaşacaq və bu oyunun qalibi Brazilya ilə 1/4-də oynayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR