İlham Əliyev Lukaşenkonu təbrik etdi

img

02-07-2018 [18:46]


Azərbaycan dövlət başçısı İlham Əliyev Belarus prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib.

Mia.az-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli Aleksandr Qriqoriyeviç,

Belarusun milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu gün dost Belarus müstəqilliyin və suverenliyin möhkəmləndirilməsi, dövlət idarəçiliyinin və siyasi sistemin təkmilləşdirilməsi yolunda uğurla irəliləyir. Ölkənin ardıcıl sosial-iqtisadi inkişafı seçilmiş yolun məqsədyönlü olmasının əməli təsdiqidir.

İki ölkənin qarşılıqlı əməkdaşlığı daha da möhkəmləndirmək, dost xalqlarımızın rifahı naminə strateji tərəfdaşlığı dərinləşdirmək səylərini əks etdirən Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin yüksək səviyyəsi xüsusi məmnunluq doğurur.

Hörmətli Aleksandr Qriqoriyeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, bütün həmvətənlərinizə sülh və firavanlıq arzulayıram”.



Digər xəbərlər
SON XƏBƏRLƏR