İnam Kərimov APA TV-dən ayrılan baş direktora vəzifə verib - Nazirlikdə

img

02-07-2018 [18:03]


Bu gün APA TV-nin baş direktoru vəzifəsindən ayrılan Vüqar Hüseynova yeni vəzifə verilib.

Yaxınlarının BakuPost-a verdiyi məlumata görə, V. Hüseynov Kənd Təsərrüfatı Nazirliyində işə düzəlib. Onun gələn həftədən işə başlayacağı bildirilir.

Məsələ ilə bağlı BakuPost-un əməkdaşı V. Hüseynovun özü ilə əlaqə saxlayıb. 

Keçmiş baş direktor məsələ ilə bağlı açıqlama vermək istəmədiyini deyib və nazirliklə əlaqə saxlamağımızı tövsiyə edib.

Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz uğursuz oldu.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR