"İstəyirəm ki, 2030-cu ilə qədər Azərbaycan üçün daha sosial yönümlü bir cəmiyyət yaransın" - Əli Əhmədov

img

02-07-2018 [17:29]


"İstəyirəm ki, 2030-cu ilə qədər Azərbaycan üçün daha sosial yönümlü bir cəmiyyət yaransın".

Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi və prioritetləşdirilməsi üzrə konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Dayanıqlı İnkişaf üzrə Beynəlxalq Proqrama qoşulmaqla dünyada bu istiqamətdə göstərilən səylərə qatılıb: "Azərbaycan bu istiqamət üzrə üzərinə düşən vəzifələri yerinə yetirir. Artıq Azərbaycanda indiyə qədər dayanıqlı inkişaf məqsədlərinin cəmiyyətə çatdırılması ilə əlaqədar xeyli tədbirlər həyata keçirib. İndiki şəraitdə dayanıqlı inkişaf məqsədlərinin inkişaf yollarının müəyyənləşdirilməsi və onun milliləşdirilməsi üçün işlər görülür".

Ə.Əhmədov əlavə edib ki, 2030-cu ildə dünya daha inkişaf etmiş olacaq: "Bu sözləri eynilə Azərbaycan üçün də söyləyirəm. İstəyirəm ki, Azərbaycan üçün daha sosial yönümlü cəmiyyət yaransın. Bunun üçün Azərbaycan hökuməti bütün səylərini yerinə yetirir. BMT bizim səylərimizə lazım olan dəstəyi verir".

Trend

Digər xəbərlər
SON XƏBƏRLƏR