Şriftin ölçüsü / 236 dəfə oxunub

Polis İdarəsinin həyətində çantası oğurlandı

02 Iyul 2018 [14:25]

Bakı şəhər sakini Müşfiq Əsgərzadənin içində pul və mobil telefon olan çantası Bakı şəhər Baş Dövlər Yol Polis İdarəsinin yerləşdiyi ərazinin həyətindən oğurlanıb.

O, bununla bağlı "Qafqazinfo”ya müraciət edib. M. Əsgərzadə bildirib ki, iyulun 1-də günortda saatlarında Karl Marks heykəlinin yanında zəncirvari qəzaya düşüb: "5 maşın toqquşdu və mənim avtomobilim də yararsız vəziyyətə düşdü. İçindən şəxsi əşyalarımı birtəhər götürüb Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinə yollandım. Həyətdə ailə üzvlərimlə telefonda danışırdıq. Bu zaman çantamı yol polislərinin maşının yanına qoydum. Az sonra götürmək istəyəndə çanta yerində deyildi. Dərhal "102” xidmətinə zəng vurdum. Maraqlısı budur ki, çantanı qoyduğum ərazi kameraya düşmür. Ərizə yazdım ki, naməlum şəraitdə itib. İçində 200 manat pul, 300 manat məbləğində isə əşyalarım var idi. Dedilər ki, ayın 3-də idarəyə gəl, məsələni araşdıraq”.

"Qafqazinfo” məsələ ilə bağlı idarənin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədovla əlaqə saxlayıb. O məsələdən xəbərdar olmadığını və vətəndaşın idarəyə müraciət etməli olduğunu vurğulayıb.




SON XƏBƏRLƏR