Ali Məhkəmə İlqar Məmmədov haqqındakı qərarları ləğv etdi - "Real"ın lideri buraxılır?

img

02-07-2018 [11:03]


Ali Məhkəmənin Plenumu REAL Hərəkatının sədri İlqar Məmmədovun barəsində kassasiya və apelyasiya instansiyaları məhkəmələrinin qərarlarını ləğv edib.

Mia.az xəbər verir ki, bu barədə vəkil Fuad Ağayev Feysbuk-da məlumat verib.

Vəkil bildirib ki, iyunun 29-da Ali Məhkəmənin Plenumu İlqar Məmmədovun barəsində Ali Məhkəmənin cinayət kollegiyasının və Şəki Apellyasiya Məhkəməsinin qərarlarını ləğv edib.

Onun sözlərinə görə, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb, ancaq İlqar Məmmədov hələ də həbsdədir.

Xatırladaq ki, REAL Hərəkatının sədri İ. Məmmədov 2013-cü il yanvarın 23-24-də baş vermiş İsmayıllı hadisələri ilə əlaqədar həbs olunub. REAL sədri kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR