Xorvatiya-Danimarka oyunu: Modriç penaltini ata bilmədi, ancaq... - Rusiyanın rəqibi də aydın oldu

img

02-07-2018 [01:07]


Dünya çempionatının 1/8 final matçında Xorvatiya və Danimarka yığmaları arasında keçirilən qarşılaşmanın qalibi penaltilərlə müəyyənləşib.

Mia.az xəbər verir ki, Danimarka 2-ci dəqiqədə Matias Yorqensenin qolu ilə hesabı açıb. Lkain bu qoldan cəmi 2 dəqiqə sonra Xorvatiyanın hücumçusu Mandzukiç hesabı bərabərləşdirib: 1 - 1.

Oyunun əsas vaxtı bu hesabla başa çatıb. Hakim oyuna 30 dəqiqə əlavə edib. 116-cı dəqiqədə xorvatlar penalti  qazanıblar. Lakin Modriçin zərbəsini qapıçı tutub.

Beləliklə, komandalar əlavə vaxtda da fərqlənə bilməyiblər.

Gərgin keçən penalti vuruşlarında hər iki yığmanın qapıçısı bir neçə penalti qaytarıb. Lakin Xorvatiya sonda üstün olub və qələbə qolunu vurub.

Beləliklə, Xorvatiya yığması 1/4 finala vəsiqə qazanaraq, Rusiya komandasının rəqibi olub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR