İspaniya-Rusiya qarşılaşması: ruslar 2 qol atdı, oyun uzatmalara getdi - Qalib penaltilərlə müəyyənləşdi

img

01-07-2018 [20:41]


Bu gün Rusiyada keçirilən dünya çempionatının 1/8 final mərhələsində Rusiya ilə İspaniya yığmaları qarşılaşıb.

Mia.az bildirir ki, Moskvanın "Lujniki” stadionunda baş tutan oyunun 12-ci dəqiqəsində İqnaşeviçin avtoqolu ilə İspaniya hesabı açıb - 1:0

Ruslar isə 41-ci dəqiqədə Pikenin topa əllə toxunmasından sonra penalti qazanıblar və Artem Dzyüba penaltini dəqiq yerinə yetirib - 1:1

Oyunun ikinci hissəsində də bu hesab dəyişmədiyindən hakim oyunun əsas vaxtına  30 dəqiqə əlavə edib.

Bu vaxt ərzində də hesab dəyişməyib və qalib penaltilərlə müəyyən edilib. Beləliklə, aşağıdakı oyunçular penalti zərbəsi yerinə yetiriblər:

  1. İnyesta - 1:0
  1. Smolov  - 1:1
  1. Pike - 2:1
  1. İqnaşeviç - 2:2
  1. Kokenin zərbəsini Akenfeyev qaytarıb - 2:2
  1. Qolovin - 2:3
  1. Ramos - 3:3
  1. Çereşev - 3:4
  1. Asbasın da qolunu qapıçı qaytarıb.

Və beləliklə, Rusiya penaltilərlə birgə ümumi hesabda 5:4 hesabı ilə qalib gələrək, adını 1/4-ə yazdırıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR