ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide ABŞ Suriyada Rusiyaya güzəştə gedəcək, bəs əvəzində nə istəyir? - Vaşinqtonun Moskvaya yeni təklifi - mia.az
Şriftin ölçüsü / 341 dəfə oxunub

ABŞ Suriyada Rusiyaya güzəştə gedəcək, bəs əvəzində nə istəyir? - Vaşinqtonun Moskvaya yeni təklifi

01 Iyul 2018 [18:15]
16 iyul tarixində Rusiya prezidenti Vladimir Putinlə bir araya gələcək ABŞ prezidenti Donald Tramp İranın dünyadakı nüfuzunun azaldılması qarşılığında Suriyanın nəzarətini Bəşər Əsəd, Putin və İsrailə verəcək. Amerika əsgərlərini isə bölgədən geri çəkəcək.

Bu iddia "Vaşinqton Post” qəzetində yayımlanıb.

Qəzetin köşə yazarı Devid İqnatios ABŞ prezidentinin Suriyadakı böhranı başa çatdırmaq üçün Rusiya və İsrail ilə razılaşma əldə etməyə hazırlaşdığını bildirib. 

"Tramp Putinə Suriyada zəfər hədiyyə edir?” başlıqlı məqalədə Trampın bölgə üzrə tək məqsədinin İranın nüfuzun bitirmək olduğuna diqqət çəkən yazar İŞİD terror təşkilatının da Suriyada tamamilə uğursuzluğa düçar edildiyini xatırladıb. 

O qeyd edib ki, amerikalı ali səviyyəli səlahiyyətli şəxslərdən aldığı məlumata görə, Tramp ABŞ-ın bu zamana qədər silah və təlimlərlə təmin etdiyi Azad Suriya Ordusu əsgərlərinin qarşısında Əsəd iqtidarını yenidən gücləndirməyə hazırlaşır.

16 iyulda Helsinkidə rusiyalı həmkarı ilə görüşəcək Tramp İranın bölgədəki nüfuzunun qarşısının alınması və ABŞ əsgərlərinin bölgədən çəkilməsi qarşılığında Rusiyanın Suriyadakı siyasi keçidin təmin edilməsini təklif edəcək.

Layihənin detalları isə belədir:

- Suriyada İranın dəstək verdiyi qüvvələr İsrail sərhədindəki Qolan təpələrinə ən az 80 km uzaqlıqda mövqe tutacaq.

- İsrail Rusiyanın icazəsilə Suriyada onu təhdid edən İranın hədəflərini vura biləcək. Ancaq İsrail Rusiya əsgərlərinin silahsız olması durumunda müdaxilə edə biləcək.

- Rusiya tərəfindən havadan dəstəklənən Əsəd ordusu cənub-qərbdəki sahələri geri alcaq.

- Rusiyanın hərbi qüvvələri cənub-qərbdəki sərhəd nöqtələrində və digər yerlərdə nəzarəti və təhlükəsizliyi təmin edəcək. Ancaq avropalı mütəxəssislərin sözlərinə görə, Rusiyanın nəzarəti ələ keçirməsi real ehtimal deyil. ABŞ hələlik Əl-Tanifdəki nəzarətinə davam edəcək. Beləliklə, İranın nüfuzu azaldılacaq.

- Rusiya və Əsəd rejimi ABŞ-ın da silahla dəstək verdiyi PKK terror təşkilatının Suriyadakı qolu olan YPG-yə yardım edəcək.

ABŞ komandirləri əsgərlərin bölgədəki qalma müddətinin maksimum 18 ay davam etməsini gözləyir. Ancaq Tramp bu missiyaya olan səbrini itirmək üzrədir. Suriyalı müxaliflər isə ABŞ-ın bu planı qarşısında dərin kədərə düşüblər. Azad Suriya Ordusu üzvləri bildirib ki, ABŞ-ın bu xəyanəti gələcəkdə yeni cihadçı hərəkatların başlanğıc səbəbi olacaq/Publika.az.


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR