Şriftin ölçüsü / 493 dəfə oxunub

Uruqvay - Portuqaliya qarşılaşması: Kavanidən iki möhtəşəm qol... - Ronaldonun komandası evinə döndü

30 Iyun 2018 [23:54]

Bu gün DÇ-2018-in 1/8 final mərhələsində Fransa-Argentina qarşılaşmasından sonra meydana Uruqvay və Portuqaliya milliləri çıxıb.

Mia.az bildirir ki, oyunda Uruqvayın ulduzu Kavani 7-ci dəqiqə Suarezin gözəl ötürməsini gözəl qolla qapıdan keçirib - 1-0.

Birinci hissə bu hesabla başa çatıb. 

İkinci hissənin 54-cü dəqiqəsində isə "Beşiktaş"ın müdafiəçisi Pepe Portuqaliyanın bərabərlik qoluna imza atıb - 1-1.

Bu qoldan 7 dəqiqə sonra yenə də Kavani ustalığını göstərib. O, 61-ci dəqiqədə möhtəşəm zərbə ilə Uruqvayı yenidən önə çıxarıb - 2-1.

Hakimin oyuna əlavə etdiyi 4 dəqiqədə də hesab dəyişməyib. 90+3-də isə hakimə etiraz edən Ronaldo sarı kartla cəzalandırılıb. Bununla da o, millinin növbəti oyununda çıxış etmə hüququnu itrib.

Beləliklə, oyun 2-1 Uruqvayın xeyrinə başa çatıb.

Bununla da 1/4-ə çıxan Uruqvay  Fransa millilərinə rəqib olub.



SON XƏBƏRLƏR