DÇ-2018: Fransızlar 11 dəqiqəyə 3 qol atdı, Argentina evinə döndü - 1/8 finalda 7 qol vuruldu

img

30-06-2018 [19:53]


Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatının 1/8 finalına Fransa-Argentina oyunu ilə start verilib.

Mia.az bildirir ki, 13-cü dəqiqədə Qrizman penaltidən Fransanın ilk qoluna imza atıb - 1-0.

Bu qolun əvəzini Argentina 41-ci dəqiqədə Di Mariyanın qolu ilə çıxa bilib - 1-1.

Oyunun ikinci hissəsinə daha inamlı başlayan Argentina milliləri 48-ci dəqiqədə Merkadonun qolu ilə önə çıxıblar - 1-2.

Lakin bu qoldan sonra Fransa milliləri özlərini toparlayıblar.

57-ci dəqiqədə Pavard, 64 və 68-ci dəqiqələrdə isə Mbappe 2 qol vurmaqla hesabı 4-2-yə çatdırıblar.

Oyunun əsas vaxtına əlavə olunmuş 4 dəqiqənin 2-ci dəqiqəsində Aquero bu qollardan birinin əvəzini çıxıb - 4-3.

Lakin Messinin kapitanlıq etdiyi Argentina milliləri qalan 2 dəqiqə ərzində bərabarliyi təmin edə bilməyərək, DÇ-2018-lə vidalaşıb. Fransa 1/4-ə finala çıxıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub