warez script warez forum sanal santral orkide hacklink al musa yıldırım script indir shell indir logsuz shell mavi orkide Script indir PHP Scriptler Ataşehir Kuaförü Ataşehir Erkek Kuaförü Ataşehir kadın kuaförü apk indir
Şriftin ölçüsü / 773 dəfə oxunub

Deputatlar iki aylıq məzuniyyətə çıxdılar - Bu qədər məzuniyyətpulu alacaqlar

30 Iyun 2018 [17:22]
Milli Məclisin sədri, sədr müavinləri və üzvləri məzuniyyətə çıxıb.

Mia.az-ın APA-ya istinadən məlumatına görə, məzuniyyət avqustun 30-na qədər davam edəcək.

MM üzvləri iki aylıq məzuniyyət pulu ilə təmin ediliblər. Məzuniyyət pulu deputatın parlamentdə tutduğu postdan asılı olaraq müvafiq qaydada 2 aylıq vəzifə maaşı miqdarındadır.

Qeyd edək ki, hazırda Milli Məclisin sədri 2475 manat, sədrin birinci müavini bunun 90 faizi, digər müavinlər 85 faizi, komitə sədrləri 80 faizi, komitə sədrlərinin müavinləri 75 faizi, qalan deputatlar isə 70 faizi qədər maaş alırlar. Eyni zamanda onlara maaşlarından əlavə, maaşlarının 25 faizi qədər vəsait ödənilir. "Deputatın statusu haqqında” qanuna görə, vitse-spikerlərin, komitə sədrlərinin (müavinlərinin) və deputatların maaşları spikerin maaşına əsasən hesablanır.


SON XƏBƏRLƏR
17:31 19.03.2019
Nazarbayev istefa verdi