ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Sarkisyanın qardaşı və ailə üzvlərinə cinayət işi açıldı - Təfərrüatlar - mia.az
Şriftin ölçüsü / 185 dəfə oxunub

Sarkisyanın qardaşı və ailə üzvlərinə cinayət işi açıldı - Təfərrüatlar

30 Iyun 2018 [15:46]
Ermənistanın Dövlət Gəlirləri Komitəsi keçmiş prezident Serj Sarkisyanın qardaşı Lev Sarkisyanın ailə üzvlərinə qarşı cinayət işi qaldırıb.

Bu barədə "Azadlıq" radiosunun erməni xidməti məlumat yayıb.

Cinayət işi qanunsuz varlanmaq və külli miqdarda gəlir və əmlakı bəyan etməmək maddəsi ilə açılıb. Dövlət Gəlirləri Komitəsi bildirir ki, "GLG Project" şirkətinə qarşı "məqsədli müflislik" və "vergidən yayınma" maddələri üzrə aparılan ilkin istintaq zamanı büdcəyə 800 milyon dram (1,6 milyon dollar) qaytarılıb.

Şirkətin səhmdarı Narek Sarkisyanın mənzilində aparılan axtarış zamanı banklara onun öz adına, eləcə də atası Lev Sarkisyanın və bacısı Ani Sarkisyanın adına 7 milyon dollara yaxın əmanət qoyulması haqda sazişlər aşkar edilərək götürülüb. İstintaq orqanı bildirir ki, Lev Sarkisyan 2017-ci ildə səfir vəzifəsində çalışdığı üçün bu barədə gəlir bəyannaməsi təqdim etməli idi. Amma o bunu etməyib. Bir müddət əvvəl isə keçmiş prezident Sarkisyanın başqa qardaşı - Aleksandr qanunsuz silah saxlamaq ittihamı ilə saxlanmışdı.

Amma az sonra azad edilmişdi. Bu da qeyd olunur ki, daha çox Saşik kimi tanınan 62 yaşlı Aleksandr Sarkisyan 2003-2011-ci illərdə Ermənistan Milli Məclisinin üzvü olub. Media onun adını çoxsaylı bizneslərlə bağlayır.

Xatırladaq ki,  iyunun 25-də Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın mühafizə rəisi general-mayor Vaçaqan Kazaryan həbs edilib.



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR