İvanişvili səfirlərlə gizli görüş keçirdi - Hökumət üzvləri niyə dəvət edilməyib?

img

29-06-2018 [17:42]


Gürcü Arzusu Hərəkatının lideri Bidzina İvanişvili Tiflisdəki "Vinotel” otelində xarici ölkələrin səfirləri ilə gizli görüş keçirib.

Axar.az xəbər verir ki, "Kuryer” qəzeti görüşün Mamuka Baxtadzenin baş nazir kimi təsdiqlənməsindən bir gün sonra baş tutduğunu yazıb. Görüşdə İvanişvili səfirlərə Georgi Kvirikaşvilinin istefaya getmə səbəblərini açıqlayıb.

Səfirlərlə İvanişvilinin görüşündə hökumətin heç bir nümayəndəsi, hətta xarici işlər naziri də iştirak etməyib. İvanişvili səfirlərlə görüşə yalnız parlamentin bir neçə deputatını – İrakli Kobaxidze, Arçil Talakvadze, Tam Cuqoşvili, Sofya Kaçarava, Tamar Xulordavanı - dəvət edib.

Hələlik görüşdə nələrin müzakirə edildiyi açıqlanmır.

Digər xəbərlər
SON XƏBƏRLƏR