Daxili işlər naziri Türkiyədə gərginlik yaratdı - CHP və AKP-dən reaksiyalar

img

29-06-2018 [16:53]


Tükiyənin Daxili işlər naziri Süleyman Soylunun "CHP-nin təşkilat sədrlərini bundan sonra şəhid dəfnlərinə buraxmayacağıq. Artıq bununla bağlı valilərə təlimat verdim" sözləri siyasi dairələrdə böyük narazılıq və gərginlik yaradıb.

Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki. nazirin bu açıqlamasına ilk olaraq CHP sərt reaksiya verib.

Partiyanı deputatı Abdullətif Şener bildirib ki, Soylunun bu təlmatı qəbuledilməzdir: "O, kiminsə gözünə girmək üçün ölkənin mənfəətlərini bir kənara ataraq, yanlış hərəkətlər edir. Onun keçmişdə də çox səhvləri olub, bu gün də eynisini edir. Belə ölkənizə zərər verərsəniz, sizdən adam olmaz".

Hakim iqtidar partiyasından da nazirin təlimatına reaksiya verilib.

Partiya sədri Ərdoğanın müavini Hayati Yazıçı deyib ki, Soylunun açıqlaması partiyanın mərkəzi aparatındakı toplantıda müzakirə olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub