ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer Yığmamız Tokio-2020-yə buraxılmaya bilər – 4 illik diskvalifikasiya gəlir - mia.az
Şriftin ölçüsü / 227 dəfə oxunub

Yığmamız Tokio-2020-yə buraxılmaya bilər – 4 illik diskvalifikasiya gəlir

29 Iyun 2018 [15:23]
Ağır atletika üzrə Azərbaycan millisi 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarından kənar qala bilər.

 Apasport.az-ın insidethegames.biz saytına istinadən məlumatına görə, idmançılarımızın üzləşdiyi növbəti dopinq qalmaqalı ölkəmizin yenidən yarışlardan uzaqlaşdırılmasına rəvac verir.

 Belə ki, son günlərdə İsa Rüstəmovun (90 kq) dopinqdə "ilişərək” 4 illik cəzalanması və Hüseyn İsmayılovun (94 kq) istifadəsi qadağan olunan preparatlardan yararlanmaqda şübhəli bilinməsi Azərbaycan Ağır Atletika Federasiyasını təhlükə altında qoyub. Məsələ ondadı ki, son 8 ayda təmsilçilərimizin dopinqə düşmə sayı artıq 3-ə çatıb. İsmayılovla yanaşı, Anastasiya İbrahimli də təkrar analizin cavabını gözləyir. 

Qaydalara görə 1 təqvim ilində 3 idmançının cəzalanması ölkənin beynəlxalq arenadan kənarlaşdırılması ilə nəticələnir. Belə halla indi üzləşmək isə faktiki Tokio-2020-də iştirak ehtimallarının üzərindən xətt çəkmiş olacaq. 

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) 2017-ci ilin 19 oktyabrda 1 illik cəzalandırdığı Azərbaycan Ağır Atletika Federasiyasını iyunun əvvəlində diskvalifikasiyadan azad etmişdi. Buna səbəb federasiyalarının antidopinq fəaliyyəti ilə bağlı bir sıra şərtləri yerinə yetirməsi, o cümlədən bu istiqamətdə fəaliyyətin inkişafına 50 min dollar xərcləməsidi. Lakin bu dəfə cəzalar daha sərt ola bilər. Çünki yeni qaydalara əsasən növbəti dəfə diskvalifikasiyamız 2 ildən 4 ilə qədər müddəti əhatə edəcək.




ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer
SON XƏBƏRLƏR