Şriftin ölçüsü / 164 dəfə oxunub

Deputatların mandatı necə ləğv oluna bilər? - DETALLAR

29 Iyun 2018 [14:54]

Milli Məclisin deputatının mandatının Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən ləğvinin mübahisələndirilməsinə dair iddia üzrə icraat müəyyənləşdirilməsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə İnzibati Prosessual Məcəlləyə yeni VIII-I Fəslinin (Azərbaycan Respublikası Milli Məclisi deputatının mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarının mübahisələndirilməsinə dair iddia üzrə icraat) əlavə edilməsi təklif olunur. Fəsilə aid 130-1 maddəsində Azərbaycan Respublikası Milli Məclisi deputatının mandatdan məhrum edilməsi haqqında MSK qərarının mübahisələndirilməsinə dair iddia üzrə icraatın xüsusiyyətləri göstərilir:

- Azərbaycan Respublikası Milli Məclisi deputatının mandatdan məhrum edilməsi haqqında MSK qərarının mübahisləndəriilməsinə dair iddia ərizəsi apellyasiya instansiyası məhkəməsinə həmin qərar rəsmi dərc edildiyi gündən 10 gün müddətinə verilir.

- Azərbaycan Respublikası Milli Məclisi deputatının mandatdan məhrum edilməsi haqqında MSK qərarının mübahisələndirilməsinə dair iddia ərizəsinə məhkəmə tərəfindən 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir.

- Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin və MSK nümayəndəsinin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. İş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verə bilər. Ali Məhkəmə şikayətə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxıb qərar qəbul etməlidir. Layihə səsə qoyularaq qəbul olunub.




SON XƏBƏRLƏR