Jurnalistlərə insan hüquqları sahəsində təlim keçiriləcək

img

29-06-2018 [14:17]


İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsləri İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Jurnalistlərin insan hüquqları sahəsində bilik və bacarıqlarının artırılmasına yardım göstərilməsi” layihəsini həyata keçirir.

Layihə KİV-in insan hüquqlarının qorunmasında rolunun gücləndirilməsi, KİV-in fəaliyyətində insan hüquqlarının qorunması probemlərinin həllinə maarifçilik tədbirləri vasitəsilə yardım göstərilməsini nəzərdə tutur.

Layihə çərçivəsində 20 nəfər jurnalist üçün "İnsan hüquqlarının qorunmasında KİV-in rolu” mövzusunda təlim keçiriləcək. Bu mövzuda 2 təlim keçirilməsi nəzərdə tutulub.

Layihə çərçivəsində "KİV-in insan hüquqlarının qorunması” adlı kitabça hazırlanacaq. Kitabçada KİV-in fəaliyyətində insan hüquqlarının qorunması və KİV-in insan hüquqlarının qorunmasında rolu ilə bağlı müxtəlif aspektlər əhatə ediləcək. Kitabça jurnalistlər üçün bələdçi rolunu oynamaqla, onları istiqamətləndirməyə xidmət edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR