Belçika İngiltərəni, Tunis Panamanı məğlub etdi - Dünya çempionatı

img

29-06-2018 [00:35]


Bu gün DÇ-2018-in G qrupunda İngiltərə  Belçika ilə, Tunis isə Panama ilə göörüşüb.

Mia.az xəbər verir ki, 6 xala sahib olan Belçika ilə İngiltərə qrup liderliyi uğrunda meydana çıxıblar.

Oyunda Belçika İngiltərəyə 1:0 qalib gələrək, 9 xalla qrupda liderliyə yüksəlib.

Qrupda heç bir əhəmiyyət daşımayan digər oyunda isə Tunis Panamaya qalib gəlib - 2:1.

Beləliklə, bu qrupdan 1/8-ə Belçika və İngiltərə çıxıb.  1/8-də Belçika Yaponiya ilə, İngiltərə isə Kolumbiya ilə qarşılaşacaq.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR