DÇ-2018-in ən gərgin qrupu: Kolumbiya 1/8-ə qələbə ilə çıxdı, bir sarı kart isə Seneqalın yolunu kəsdi

img

28-06-2018 [19:55]


Bu gün dünya çempionatında H qrupunda qrupunda Yaponiya ilə Polşa millisi və Seneqal isə Kolumbiya yığması üz -üzə gəlib.

Mia.az bildirir ki, 4 xalı olan Yaponiya qrupda 3 xalı olan Polşa ilə bərabərə qalacağı təqdirdə çox rahat formada 1/8-ı çıxa bilərdi. Lakin Polşa 59-cu dəqiqədə Jan Bednarekin qolu ilə qələbə qazanıb.

Qrupun digər oyunda Kolumbiyaya mütləq qələbə lazım idisə, Seneqala bərabərlik yetirdi. Lakin 74-cü dəqiqədə kolumbiyalı Yerri Mina qol atmaqla komandasının 1/8-ı rahat çıxmasını təmin edib.

Maraqlıdır ki, qrupda yaponlarla seneqalların həm xalı, həm də vurduqları qollar eyni olsa da, FİFA-nin qəbul etdiyi qaydalara uyğun olaraq komandaların qrupda digər oyunlarda aldıqları kartlar nəzərə alınıb. Belə ki, yaponlar bir sarı kart az aldığı üçün 1/8-ə çıxıblar. Seneqal isə Polşa kimi turniri tərk edib.

G qrupunda isə saat 22:00-da İngiltərə - Belçika və Panama - Tunis yığmaları qarşılaşacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub