Eldar Mahmudovun əmisi oğlu ilə bağlı yeni – Qərar

img

28-06-2018 [17:28]


Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Bu gün Bakı Hərbi Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə baş tutan prosesdə istintaq orqanının təqdimatı üzrə qərar elan edilib.

Təqdimat təmin edilib və Vüqar Mahmudovun barəsində seçilmiş həbs qətimkan tədbiri daha 3 ay müddətinə uzadılıb.

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Vüqar Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham elan olunub.

Vüqar Mahmudovun barəsində ötən ilin noyabrın da Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Daha sonra bu ilin fevralında onun barəsində olan həsb müddəti daha 4 ay artırılıb.

Vüqar Mahmudov Eldar Mahmudovun əmisi oğludur.



Digər xəbərlər
SON XƏBƏRLƏR