Həbsdəki "Real"çı buraxıldı - Azər Qasımlı azadlıqda

img

28-06-2018 [16:13]


Respublikaçı Alternativ Partiyasının (REAL) Məclis üzvü Azər Qasımlı azadlığa çıxıb.

Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, A.Qasımlı barəsində seçilən inzibati həbs müddəti başa çatıb.

Xatırladaq ki, REAL üzvü barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ( Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə ittiham irəli sürülmüşdü.

Məhkəmənin qərarı ilə A. Qasımlı ötən ayın 29-u 30 sutka müddətinə azadlıqdan məhrum edilmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR