Elmar Məmmədyarov Gürcüstanın Azərbaycandakı səfiri ilə vidalaşdı - FOTO

img

28-06-2018 [14:41]


Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-dən Mia.az-a verilən məlumata görə, görüşdə tərəflər iki qonşu ölkə olan Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərin hazırkı durumu, son illər əldə edilmiş başlıca uğurlar və əməkdaşlıq perspektivləri barəsində fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, dövlətlərimiz beynəlxalq münasibətlərin gündəliyində duran bir çox vacib məsələlər üzrə ənənəvi olaraq həmrəylik göstərir və bölgənin inkişafına xidmət edən mühüm layihələri uğurla həyata keçirirlər.

T.Şaraşenidze diplomatik fəaliyyət illəri ərzində ikitərəfli münasibətlərin daha da irəliləməsi məqsədilə səylərini əsirgəmədiyini bildirib və bu istiqamətdəki təşəbbüslərin dəstəklənməsinə görə Azərbaycan hökumətinə təşəkkür edib. O, Azərbaycanı çox sevdiyini və ölkəmizdən ən xoş və səmimi təəssüratlarla ayrıldığını vurğulayıb.

E.Məmmədyarov fəaliyyəti müddətində T.Şaraşenidzenin dövlətlər arasında strateji xarakter daşıyan münasibətlərin inkişafına töhfə verdiyini bildirərək ona təşəkkür edib və gələcək fəaliyətində uğurlar arzulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR