Şriftin ölçüsü / 105 dəfə oxunub

Mətbuat Şurasının sədri İranın nazir müavini ilə bir araya gəldi - FOTO

28 Iyun 2018 [12:44]

İranın mədəniyyət və islami irşad nazirinin mətbuat və informasiya üzrə müavini Mohammad Soltanifar Azərbaycan Mətbuat Şurasında olub.

Şuradan Mia.az-a daxil olan məlumata görə, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov görüşdə bildirib ki, İran və Azərbaycan arasındakı bütün sahələrdəki dinamik münasibətlərin media tərəfi də var.

O, rəhbərlik etdiyi qurumun İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında imzalanmış anlaşma memorandumuna diqqət çəkərək vurğulayıb ki, bu sənəd perspektiv əməkdaşlıq üçün kifayət qədər geniş imkanlar yaradır.

Şura sədri İranın mədəniyyət və islami irşad nazirinin müavini Hosseyn Entezaminin, habelə İranın nüfuzlu İRNA xəbər agentliyi nümayəndələrinin ötən il Bakıya səfərindən söz açıb. O, həmçinin özünün 2016-cı ildə Tehrana səfərinin müxtəlif səmərəli istiqamətlərindən danışıb.

Görüşdə iki ölkənin media orqanları, habelə jurnalistləri arasında təmasların gücləndirilməsinin vacibliyi önə çəkilib. Xüsusən də qarşılıqlı təcrübə mübadiləsinin zəruriliyi üzərində dayanılıb. Bildirilib ki, yaxın qonşu və tarixi-mədəni yaxınlığa malik İran və Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə obyektiv çatdırılması son dərəcə vacibdir. Mövcud xüsusda hər iki ölkənin media strukturlarının birgə səylər göstərməsinin müstəsna əhəmiyyət daşıdığı önə çəkilib.



SON XƏBƏRLƏR