28-06-2018 [10:01]
ADP sədri partiyanın iyunun 26-da keçirdiyi İdarə Heyətinin toplantısında Türkiyədəki prezident seçkilərində yenidən qalib gələn Rəcəb Tayyib Ərdoğanı təbrik edərək, onu növbəti prezidentlik dönəmində Türkiyə-Azərbaycan konfederasiyası istiqamətində ciddi addımlar atmağa çağırıb. Artıq rəsmi müraciət də Türkiyə rəhbərinə ünvanlanıb.
Mia.az xəbər verir ki, S.Cəlaloğlu "Yeni Müsavat”a açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevə də müraciət hazırladıqlarını bildirib:
"Türkiyə prezidentinə həm müraciət etmişik, həm də bununla bağlı bəyanat vermişik. Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli yolu Azərbaycan-Türkiyə konfederasiyanın yaradılmasından keçir. Onsuz da biz faktiki konfederasiyanın bütün şərtlərinə uyğun fəaliyyət göstəririk. Ordularımız bir-birimizə kömək edir, xarici siyasətimiz uyğundur. Sadəcə, bu, rəsmən əks olunmalıdır. Ölkələrin hər birinə hərbi müdaxilə olarsa, bir-birinə kömək etmək üçün hüquqi əsaslar yaradılmalıdır. Hər bir Azərbaycan vətəndaşı dərk etməlidir ki, burada əsas söhbət Qarabağın azad edilməsindən gedir. Rus-erməni alyansına qarşı təkbaşına dura bilmədiyimiz, indiki gücümüzlə Rusiya amili qarşısında torpaqlarımızı azad edə bilmədiyimiz üçün konfederasiyaya ehtiyac var.Rusun ordusuna bərabər ordu ortaya çıxarmalıyıq. Belə bir konfederasiya Avropa ilə daha sıx əməkdaşlığımıza da yol açacaq. İyunun 26-da keçirilən hərbi paradda türk ordusu da iştirak etdi. Ali baş komandan kimi paradı İlham Əliyev qəbul edirdi, türk əsgəri onun qarşısından keçdi. Sual olunur, türk əsgəri başqa bir ali komandanın paradında iştirak edərdimi? Bütün bunlar onu sübut edir ki, biz artıq ordularımızı birləşdirmişik. Ərdoğana müraciətimizin bəhrə verəcəyinə inanıram.
İlham Əliyevə də müraciətimi yollayacam. Prezident seçkilərindən sonrakı çıxışında ölkə başçısı namizədlərin verdikləri ideyalara, təkliflərə diqqətin ayrılacağını və lazımi qərarların veriləcəyini dedi. Mən də bu ideyanı prezident seçkiləri vaxtı vermişəm. Güman edirəm ki, İlham Əliyev bu konfederasiya ideyasının lazımi olduğunu nəzərə alacaq, Azərbaycan tərəfi bu istiqamətdə addımlarını atacaq. Necə ki, Rusiya ermənilərin yanından çəkilməyib, biz heç zaman bu ideyadan çəkilə bilmərik. Bu məsələ ancaq iki ölkə rəhbəri tərəfindən həyata keçirilə bilər. Eyni zamanda iki ölkənin parlamenti bu qərarı qəbul edə bilər. Dövlətin adından mən deyil, prezident çıxış edir. Onun üçün də iki ölkənin prezidentinə müraciət etməyi vacib bildik. Biz bunu rəsmiləşdirmək istəyirik ki, hər iki dövlətin rəhbəri bu məsələdə lazımi addımları atsınlar. Burada məsələ mütləq dövlət səviyyəsində olmalıdır. Burada əsas söz sahibləri Ərdoğan və İlham Əliyevdir. Ərdoğan bizi yaxud da biz əks tərəfi məcbur edə bilmərik ki, konfederasiya yaradılsın. Burada tərəflərin hər birinin hüquqları eynidir. Ərdoğan şəxsən belə bir konfederasiyanın yaradılmasında heç bir tərəddüd etməz. Onu tanıyıram, söhbətlərimiz də olub. Burada tərəddüd müəyyən mənada Azərbaycan tərəfdə ola bilər. O da Rusiyanın təzyiqləri ilə bağlı ola bilər. Konfederasiya ideyasının əsas səbəblərindən biri də Rusiyanın təzyiqlərini neytrallaşdırmaq üçündür”.
Qırğızıstan prezidenti Füzuliyə gedib - İlham Əliyev qarşılayıb
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib