Ərdoğanla MHP liderinin 40 dəqiqə çəkən görüşü - Nələr müzakirə olunub?

img

27-06-2018 [22:29]


Xəbər verdiyimiz kimi, bu gün Türkiyə prezidenti və hakim AKP-nin sədri Rəcəb Tayyib Ərdoğan MHP lideri Dövlət Baxçalı ilə görüşüb.

Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki, iki liderin görüşündə hazırkı baş nazir Binəli Yıldırımda iştirak edib: "40 dəqiqə çəkən görüşdə iyunun 24-də keçirilən prezident və parlament seçkiləri əsas müzakirə olub. Ərdoğan seçkidəki mövqeyinə görə MHP liderinə şəxsən təşəkkür edib".

Məlumata görə, görüşdə hər iki partiyanın gələcək "yol xəritəsi" müzakirə edilib və qərara alınıb ki, hər iki partiyanın səlahiyyətliləri mütəmadi müzakirələr içində olsunlar.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub