27 Iyun 2018 [16:54]
"Heç kim partiyadan istefa verməsin. Hamı yerində qalsın".
Mia.az NTV-yə istinadən bildirir ki, bu sözləri CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə partiyasında seçkidən sonra yaranan vəziyyəti şərh edərkən deyib. O bildirib ki, heç kim onun dilindən qurultaya çağrış eşidə bilməz: "Mənim ağzımdan "qurultay” sözünü eşitməyəcəksiz. Elə bir söz eşitsəniz, o zaman danışarsınız, ancaq eşitməyəcəksiniz”.