MHP lideri "Ərdoğanı biz xilas etdik" deyən müavinini qovdu - Görüşqabağı Ərdoğana jest

img

27-06-2018 [14:25]


MHP lideri Dövlət Baxçalı Bakı vaxtı ilə saat 17.00-da Ərdoğanla görüşöncəsi müavinini verdiyi açıqlamaya görə vəzifədən azad etdi.

Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki, qərar sədr müavini Sefer Aycanın "Ərdoğanı biz bu seçkidən qutardıq" açıqlamasından dərhal sonra verilib.

Xatırladaq ki, Sefer Aycan demişdi ki, MHP bu gün əsas açar partiyadır:

"Parlamentdə 600 vəkil var, amma bundan sonra hər zaman gözlər 49 vəkilin üzərində olacaq. Bundan sonra parlamentdəki siyasəti MHP həyata keçirəcək. Biz nə desək, o olacaq. Dövlət Baxçalı həm Rəcəb Tayyib Ərdoğanı, həm Ədalət və İnkişaf Partiyasını, həm də dövləti xilas etdi”.


Digər xəbərlər
SON XƏBƏRLƏR