"Muharrem İncə bizim dəyərimzidir, onu bağrımıza basırıq" - CHP lideri

img

27-06-2018 [13:18]


Türkiyədə CHP lideri Kamal Kılıçdaroğlu bu gün ölkəsində keçirilən seçki ilə bağlı növbəti açıqlama verib. 

Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki, o, açıqlamasında rəhbərlik etdiyi partiyanın Türkiyədə təhlükəsizliyin və demokratiyanın qoruyucusu olduğunu bəyan edib.

CHP lideri partiyasının seçkidə 30 faizdən çox səs alan prezidentliyə namizədi Muharrem İncə ilə qarşıdurma həddində olmaları haqda yayılan məlumatlara da toxunub. 

Kılıçdaroğlu deyib ki, İncə CHP-nin bir dəyəridir: "Muharrem İncə bizim dəyərimizdir, onu bağrımıza basırıq. İncə bundan sonra 81 şəhərimizi ziyarət edəcək, bütün təşkilatlarımız da onu qarşılayb, dəstək verəcək".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR