ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide "Seyidağa Mövsümlü peşəkarlıq nümunəsidir" - Şura ilk hərbi operatorun vəfatı ilə bağlı nekroloq yaydı - mia.az
Şriftin ölçüsü / 226 dəfə oxunub

"Seyidağa Mövsümlü peşəkarlıq nümunəsidir" - Şura ilk hərbi operatorun vəfatı ilə bağlı nekroloq yaydı

27 Iyun 2018 [11:22]
Mətbuat Şurası ilk hərbi operatoru Seyidağa Mövsümlünün ölümü ilə bağlı nekroloq yayıb.

Mia.az Mətbuat Şurasına istinadən həmin nekroloqu təqdim edir:  

"Azərbaycanın müasir jurnalistika tarixində məxsusi yerə və rola malik, Qarabağ müharibəsi veteranı olan ilk hərbi operatorumuz Seyidağa Mövsümlü dünyasını dəyişib. Mərhumun doğmalarına, əzizlərinə, dostlarına dərin hüznlə başsağlığı veririk.

Uzun müddət Azərbaycan Dövlət Televiziyasında çalışmış S.Mövsümlünün jurnalistikamızda öz yolu var. Onun yaratdığı yol əslində bütöv bir tarixdir. 20 Yanvar faciəsinin, Qarabağ müharibəsinin, acılarımızın, məhrumiyyətlərimizin görüntülərdəki tarixi və qətiyyətlə demək olar ki, onun yaratdığı, lentə aldığı tarixi hələ tam yazılmayıb.

S.Mövsümlü peşəkarlıq nümunəsidir. Televiziyada çalışdığı illərdə tamaşaçıların sevə-sevə izlədikləri "Adı sənin, dadı mənim”, "Kökdən düşmüş piano”, "Bağışla” (3 hissəli), "Göz həkimi” "Gülüş sanatoriyası”, "Pəncərədə işıq” və digər televiziya tamaşalarının, sənədli filmlərin operatoru olub. Mərhum həm də qayəsi Vətənə sevgidən yoğrulmuş peşəkarlıq nümunəsidir. Onun fəaliyyəti həm igidliklərimizi, həm də dərdlərlə dolu həqiqətlərimizi ifadə etmək bacarığına köklənib. Nəzərə alaq ki, S.Mövsümlünün kamerasında Xocalının dəhşət yükünün heç yerdə təsadüf edilməyən obyektivi var. Bunu yaşamaq olduqca ağırdır. S.Mövsümlü XX əsrin ən böyük faciəsini nəinki yaşayıb və görüntülərdə canlandırıb, eyni zamanda bu görüntülərin dünyaya çatdırılması istiqamətində də böyük əmək sərf edib.

Ömrünün 64-cü ilində haqq dünyasına qovuşmuş S.Mövsümlünün yoxluğu bütövlükdə Azərbaycanın media ictimaiyyəti üçün böyük itkidir. Azərbaycan Mətbuat Şurası olaraq bir daha onun doğmalarına, əzizlərinə, yaxınlarına və dostlarına bu itkinin yaşatdığı üzüntü hissimizi çatdırır, dərin hüznlə başsağlığı verir, səbr diləyirik.

Allah rəhmət eləsin!"


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR