Şriftin ölçüsü / 368 dəfə oxunub

DÇ-2018: Messi vurdu, Argentina çətinliklə 1/8-ə çıxdı - Nigeriya və İslandiya turniri tərk etdi

27 Iyun 2018 [00:05]

Bu gün Dünya Çempionatının D qrupunda sonuncu turun oyunları keçirilib.

Mia.az xəbər verir ki, qrupda 3 xalı olan Nigeriya bir xalı olan Argentina ilə,  bir xalı olan İslandiya isə 6 xalla qrup lideri olan Xorvatiya ilə qarşılaşıb.

Bu qrupda Xorvatiya növbəti mərhələyə vəsiqəni təmin etdiyi üçün digər 3 yığma komanda üçün oyunlar son dərəcə vacib olub.

Beləliklə, mütləq qələbə qazanmağa məcbur olan Argentina ilk dəqiqədən hücuma atılıb. Və artıq 15-ci dəqiqədə Messi gözəl qolu ilə hesabı açıb - 1-0.

Ancaq "Çelsi"də çıxış edən Nigeriyanın qolçusu Mozes 51-ci dəqiqədə penaltidən hesabı bərabərləşdirib: 1-1.

Bərabərlik ancaq Nigeriyanın işinə yaradığından Argentina qalan dəqiqələrdə təzyiqi artırıb. Nəhayət, Roxo Argentinaya həyat verən qolu 86-cı dəqiqə vurub - 2-1.

Oyun bu hesabla başa çatıb və Argentina 4 xalla ikinci pilləyə yüksələrək, növbəti mərhələyə adını yazdırıb.

Xorvatiya isə İslandiya 2-1 qalib gəlib.

Belə ki, matçın 52-ci dəqiqəsində Badelin hesabı açıb: 1-0.

İslandiya Siqurdsonun penaltidən vurduğu qolla hesabı bərabərləşdirib: 1-1.

Xorvatiya matçın 90-cı dəqiqəsində qələbə qolunu vurub - 2-1.



SON XƏBƏRLƏR
12:45 13.07.2018
Şeyx Kralla görüşdü