Rəsmi Vaşinqton Ankaranı hədələdi: "Türkiyəni sanksiyalarla müşahidə edilən xoşagəlməz nəticələr gözləyir"

img

26-06-2018 [21:33]


 ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçell bildirib ki, rəsmi Ankaranın Rusiyanın S-400 raketlərini alacağı təqdirdə Türkiyəni sanksiyalarla müşahidə edilən xoşagəlməz nəticələr gözləyir.

Bu barədə RİA "Novosti" məlumat yayıb.

O, qeyd edib ki, ABŞ "Amerikaya qarşı çıxanlar əleyhinə sanksiyalar haqqında" qanuna uyğun olaraq Türkiyəyə sanksiyalar tətbiq edəcək.

Uess Mitçell əlavə edib ki, Türkiyənin Rusiya silahını əldə edəcəyi təqdirdə Amerika-Türkiyə münasibətləri çox güclü şəkildə dəyişəcək və bu münasibətləri bərpa etmək çətin olacaq/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR