Makedoniya və Albaniya Aİ-yə daxil olacaq? - 25 ölkədən dəstək

img

26-06-2018 [18:42]


Avropa İttifaqına (Aİ) daxil olan 28 ölkədən 25-i Makedoniya və Albaniyanın təşkilata daxil olması ilə bağlı danışıqların başlanmasını dəstəkləyib, üç ölkə isə qərarın hələlik təxirə salınmasını istəyib.

Bu barədə Yunanıstan xarici işlər naziri Nikos Kodzias Aİ ölkələri Nazirlər Şurasının iclasından sonra bildirib.

"Düşünürəm ki, iki qrup ölkə var: onlardan biri çoxluq təşkil edir - 25 ölkə və onlar danışıqlara başlanılmasının tərəfdarıdır, digər qrupa daxil olanlar - Fransa, Danimarka və Hollandiya isə prosesin ertələnməsini istəyirlər", - N.Kodzias deyib/Report

Digər xəbərlər
SON XƏBƏRLƏR