Putin FTX-nin müəmmalı generalını Qafqaza göndərdi

img

26-06-2018 [18:19]


Rusiya Prezidenti Vladimir Putin general-mayor Aleksandr Matovnikovu özünün Şimali Qafqaz Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi təyin edib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Rusiya prezidentinin mətbuat xidməti yayıb. Matovnikov bu vəzifədə vitse-admitral Oleq Belaventsevi əvəz edib.

Qeyd edək ki, Matovnikov Rusiya Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Qüvvələrinin rəhbəridir. Matovnikov ictimaiyyət qarşısına ilk dəfə 2017-ci ildə çıxıb. Müdafiə Nazirliyinə gətirilməzdən öncə isə general-mayor Federal Təhlükəsizlik Xidmətin "A” xüsusi təyinatlı mərkəzində çalışıb.

O, hər iki çeçen müharibəsində iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR