Şriftin ölçüsü / 256 dəfə oxunub

Qəbələdə taxıl sahəsi yandı - 1 nəfər xəsarət aldı

26 Iyun 2018 [16:58]

Qəbələ rayonunun Bılıx kəndində 3 ha biçilməmiş taxıl sahəsi yanıb.

Mia.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqda olan əkin sahələri yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.





SON XƏBƏRLƏR