ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Merkeldən Ərdoğana TƏBRİK - mia.az
Şriftin ölçüsü / 160 dəfə oxunub

Merkeldən Ərdoğana TƏBRİK

25 Iyun 2018 [23:39]

Almaniya kansleri Angela Merkel Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib.

O, hər iki ölkəni bir-birinə çoxillik dostluq əlaqələrinin bağladığını bildirib.

"Yenidən seçilməyiniz münasibəti ilə sizi səmimi qəlbdən təbrik edirəm. Ölkələrimiz arasındakı müxtəlif münasibətlər intensiv mübadilə və vətəndaşlarımız arasında sıx şəxsi əlaqələri xarakterizə edir", - deyə kansler teleqramında bildirib.

O xüsusi olaraq qeyd edib ki, Almaniya "demokratiyanın möhkəmlənəcəyi və qanun aliliyi prinsiplərinə riayət olunacağı sabit və plüralist Türkiyənin" ortağı olmaq istəyir. Kansler həmçinin Yaxın Şərqdəki dəyişikliklərin və kütləvi miqrasiyanın Almaniya və Türkiyəyə böyük təsir göstərdiyini xatırladıb.

"Mən sizinlə bundan sonra da, ölkələrimiz arasında əməkdaşlığın inkişafına və möhkəmlənməsinə töhfə verməyə şad olacağam", - deyə o əlavə edib.

Türkiyədə növbədənkənar prezident seçkiləri iyunun 24-də keçirilib.




ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR