Merkeldən Ərdoğana TƏBRİK

img

25-06-2018 [23:39]


Almaniya kansleri Angela Merkel Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib.

O, hər iki ölkəni bir-birinə çoxillik dostluq əlaqələrinin bağladığını bildirib.

"Yenidən seçilməyiniz münasibəti ilə sizi səmimi qəlbdən təbrik edirəm. Ölkələrimiz arasındakı müxtəlif münasibətlər intensiv mübadilə və vətəndaşlarımız arasında sıx şəxsi əlaqələri xarakterizə edir", - deyə kansler teleqramında bildirib.

O xüsusi olaraq qeyd edib ki, Almaniya "demokratiyanın möhkəmlənəcəyi və qanun aliliyi prinsiplərinə riayət olunacağı sabit və plüralist Türkiyənin" ortağı olmaq istəyir. Kansler həmçinin Yaxın Şərqdəki dəyişikliklərin və kütləvi miqrasiyanın Almaniya və Türkiyəyə böyük təsir göstərdiyini xatırladıb.

"Mən sizinlə bundan sonra da, ölkələrimiz arasında əməkdaşlığın inkişafına və möhkəmlənməsinə töhfə verməyə şad olacağam", - deyə o əlavə edib.

Türkiyədə növbədənkənar prezident seçkiləri iyunun 24-də keçirilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR