Şriftin ölçüsü / 399 dəfə oxunub

Ali Məhkəmə Mehman Hüseynov barəsində QƏRAR VERDİ

25 Iyun 2018 [23:03]
Ali Məhkəmədə həbsdə olan bloqçu Mehman Hüseynovun kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Mia.az bizimyol-a istinadən xəbər verir ki, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun iştirakı təmin edilməyib. Hakim bildirib ki, M.Hüseynov öz istəyi ilə prosesdə iştirak etmir. Həmçiin xüsusi ittihamçının və onun nümayəndəsinin məhkəmədə iştirak etmədiyi elan olunub.

Prosesdə qərar elan edilib. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

M.Hüseynov Nəsimi RPİ-nin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayətinə əsasən, Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə təqsirli bilinərək, Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.O, məhkəmə zalında həbs olunub. Hökmdən verilə apellyasiya şikayəti təmin edilməyib. Ali Məhkəmədə Apellyasiya Məhkəməsinin Mehman Hüseynovla bağlı 12 aprel 2017-ci il tarixli qərarı ləğv edərək yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib.

Apellyasiya məhkəməsi növbəti dəfə hökmün qüvvədə saxlanması barədə qərar verib. Hazırkı kassasiya şikayəti həmin qərardan verilib.

Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, o peşə fəaliyyətinə görə təzyiqə məruz qalır və saxlanılarkən polislər ona işgəncə veriblər.

O, işgəncə faktının araşdırılması və cinayət işi başlanması üçün prokurorluğa müraciət etsə də, prokurorluq cinayət işinini başlanmasının rədd edilməsi barədə qərar qəbul edib.

DİN də onun bu açıqlamasını təkzib edib və bloggerin böhtan atdığı barədə açıqlama yayıb. Açıqlamada həmçinin bildirilirdi ki, Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb.

Bundan sonra isə Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib.

Bu şikayətə əsasən, Mehman Hüseynov martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. O hazırda saylı cəzaçəkmə müəssisəsində saxlanılır.



SON XƏBƏRLƏR