Ərdoğan Azərbaycanda neçə faiz səs toplayıb? - Nəticələr açıqlandı

img

25-06-2018 [22:55]


Türkiyədə prezident və parlament seçkiləri ilə əlaqədar Azərbaycanda yaşayan Türkiyə vətəndaşları üçün iyunun 17-də keçirilmiş seçkilərin nəticələri məlum olub.

Ölkəmizdə yaşayan 15 min 477 seçici qeydiyyatda olsa da, onlardan 5742-si (37,1 faiz) səs verib.

Nəticələrə əsasən "Cümhur” blokunun namizədi Rəcəb Tayyib Ərdoğan 38 faiz (805 səs), CHP-nin namizədi Məhərrəm İncə isə 33,9 faiz (717 səs) toplayıb.

Digər səslər isə aşağıdakı kimidir:

Qeyd edək ki, ümumilikdə seçicilərin 52,6 faizi prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğana etimad göstərib. Məhərrəm İncə seçicilərin 30 faizinin səsi ilə ikinci yerdə qərar tutub/qafqazinfo.


Digər xəbərlər
SON XƏBƏRLƏR