Ali Attestasiya Komissiyasının rəhbərinə qarşı iddiaya baxıldı

img

25-06-2018 [19:51]


1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) İnformasiya və Analitik Təhqiqatlar Şöbəsinin müdir müavini Səadət Zeynalovanın komissiyanın sədr əvəzi Vəli Hüseynova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Bizimyol.info xəbər verir ki, hakim Miminat Hacıbəyovanın sədrliyi ilə keçirilən prosesdə iddiçı Səadət Zeynalova, vəkili Qubadəli Rzayev iştirak edib. Cavabdeh AAK-ı isə nümayəndəsi Fazil Nəsibov təmsil edib.

İddiaya görə, sədr əvəzi əsassız olaraq professor Səadət Zeynalovanın iş yerini dəyişdirib və ona töhmət verib: "Ona qarşı qərəzli olaraq ittiham irəli sürüb ki, guya Səadət xanım Vəli Hüseynovun tapşırdığı işləri vaxtında yerinə yetirməyib. Struktur dəyişikliyi adı ilə onu elmi şöbədən texniki şöbəyə keçirib. Harada ki, texniki işçilər oturub. Guya bu yolla onu cəzalandırmaq istəyib” – iddiada qeyd edilir.

S. Zeynalovanın vəkili Qubadəli Rzayev ötən prosesdə vəsatət qaldıraraq komissiyanın Humanitar və İctimai Elmlər Şöbəsinin və İnformasiya və Analitik Təhqiqatlar şöbəsinin səlahiyyətlərini təsdiq edən əsasnamənin məhkəməyə təqdim olunması istəyib.

AAK-ın nümayəndəsi Fazil Nəsibov isə verilən vəsatətin təmin olunmamasını istəsə də, məhkəmə vəsatəti təmin edib və AAK-a sorğu göndərilib.

İyunun 25-də keçirilən prosesdə hakim bildirib ki, verilmiş sorğulara əsasən AAK-dan müvafiq sənədlər – hər iki şöbənin əsasnaməsi məhkəməyə daxil olub.

Sənədlərə münasibət bildirən vəkil Qubadəli Rzayev bildirib ki, sözügedən şöbələr arasında 15 fərq var və sənədlər bunu təsdiqləyir. O qeyd edib ki, şöbələrdən biri elmi, digəri qeyri-elmi şöbədir. Vəkilin sözlərinə görə, Səadət Zeynalova elmi şöbədən qeyri-elmi şöbəyə keçirlib ki, bu da yolverilməzdir.

Vəkil vurğulayıb ki, adıçəkilən şöbələrlğ bağlı əvvəllər əsasnamə oımayıb. "Məhkəməyə təqdim edilən əsasnamələr 29 may tarixində müvəqqəti sədr tərəfindən məhkəməyə təqdim etmək üçün imzalanıb. Halbiki sədr olmayan və müvəqqəti bu vəzifəni icra edən şəxsin bu sənədi imzalama səlahiyyətli yoxdur”.

İddiaçı Səadət Zeynalova da vəkilinin çıxışını dəstəkləyib və şöbələrin fəaliyyəti ilə bağlı ətraflı və müqayisəli məlumat verib. O bildirib ki, qanunsuz keçirildiyi şöbədə səlahiyyətləri və hüquqları məhdudlaşıb. "Buna görə də bir alim kimi dövlətə lazımınca xidmət edə bilmirəm. Guya dissertasiyalarda müəyyən shvlərə yol verilib. Halbiki biz dissertasiya oxumuruq, elmi-texniki ekspertiza aparırıq. Buna görə də bununla bağlı mənə irad tutulması əsassız və qanunsuzdur”.
O hakimin sualına cavab olaraq bildirib ki, bu iradlar ona şifahi bildirilib.

AAK-ın ümayəndəsi Fazil Nəsibov Səadət Zeynalovaya sual verib: siz Vəli Hüseynovu, yoxsa AAK-ı məhkəməyə vermisiniz.
Səadət Zeynalova: Vəli Hüseynovun müvəqqəti sədr kimi imzaladığı qərarların ləğv edilməsini istəyirəm.
İddiaçı cavabdehin nümayəndəsinin digər suallarını da cavablandırıb.

Fazil Nəsibov qeyd edib ki, S.Zeynalovanın iddiası əsassızdır və onun fəaliyyəti elmi dərəcə ilə deyil, dövlət qulluqçusu haqqında qanunla tənzimlənir.

O vurğulayıb ki, müvəqqəti sədr olaraq Vəli Hüseynovun şöbə əsasnamələrini təsdiq etmək səlahiyyəti var.

Nümayəndə Səadət Zeynalovadan əvvəlki və indiki vəzifə maaşı arasında fərq olub-olmadığını soruşub. S.Zeynalova isə bildirib ki, o məsələyə maddi prizmadan yanaşmır.

İş vaxtı başa çatdığı üşün hakim prosesdə 29 iyuna kimi fasilə elan edib. Növbəti prosesdə tərəflər çıxış edəcək və qərarın elan edilməsi gözlənilir.

Qeyd edək ki, S. Zeynalovanın iddiasına görə, Vəli Hüseynovun ona qarşı qərəzli münasibəti AAK-ın müvafiq şöbəsinə daxil olan 38 saxta jurnalla bağlıdır. "Mən bunları aşkar edib ona göstərdikdən sonra mənə qarşı münasibəti dəyişdi. Halbuki, mənə söz verdi ki, bununla bağlı aidiyyatı orqanlara məlumat verəcək. Ancaq sonradan mənim işlədiyim şöbəni dəyişdirdi və məni AAK-dan kənarlaşdırmağa çalışdı. Mənim barəmdə özümdən xəbərsiz əmrlər verib, heç biri ilə tanış etməyib. Bununla yalnız məhkəmə iclasında tanış olmuşam və dəhşətə gəlmişəm. İştirakım olmadan haqqımda qərarlar qəbul edib. Ona görə ki, onun saxta işlərində iştirak etmirəm. Mən professoram, aliməm, Avropa ölkələrinin nüfuzlu universitetlərində işləmişəm. Uzun illər xalqıma və dövlətimə xidmət etmişəm” – deyən iddiaçı barəsində verilən əmrlərin qanunsuz sayılmasını təmin etmıəyi məhkəmədən xhiş edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR