"İnanıram ki, İlham Əliyev və Azərbaycan xalqı ilə birlikdə olacaqsınız" - Deputatdan Ərdoğana məktub

img

25-06-2018 [19:44]


Ana Vətən Partiyasının sədri millət vəkili Fəzail Ağamalı Türkiyə Cümhuriyyətinin  Prezidenti  Recep Tayyip  Erdoğanı prezident seçilməsi münasibəti ilə təbrik edib.

 Ana Vətən Partiyasının mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, təbrikdə deyilir:

"Çox hörmətli Recep Tayyip  Erdoğan!

Sizi yenidən Türkiyə Cümhuriyyətinin Prezidenti seçilməyiniz münasibətilə öz və rəhbəri olduğum Ana Vətən Partiyasının üzvləri adından ürəkdən təbrik edir, şərəfli və çətin fəaliyyətinizdə Sizə yeni-yeni  uğurlar arzulayıram. Seçkilərin gedişi və nəticəsi göstərdi ki, Sizin bir lider və dövlət xadimi kimi Türkiyədə böyük nüfuzunuz var. Bu bizi sevindirir. Əminik ki, ötüb keçən 15 il zaman kəsiyində olduğu kimi, bundan sonra da Türkiyə dövlətinin güclənməsinə və beynəlxalq nüfuzunun artmasına daha əhəmiyyətli töhfələr verəcəksiniz.

Bu bir həqiqətdir ki, Türkiyə və Azərbaycan dostluğunun möhkəmlənməsində Siz cox  önəmli rol oynayırsınız. İnanıram ki, bundan sonra da dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin, dostluq və qardaşlığın güclənməsində öz əməyinizi əsirgəməyəcək, bütün sahələrdə olduğu kimi, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsində  də Zati-aliləri  Cənab İlham Əliyevlə və Azərbaycan xalqı ilə  birlikdə olacaqsınız.

Bir daha Sizi təbrik edir, Sizə möhkəm can sağlığı və prezidentlik fəaliyyətinizdə böyük uğurlar diləyirəm!"







Digər xəbərlər
SON XƏBƏRLƏR